Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar silahların, hərbi texnikanın və digər hərbi əmlakın istehsalı, təmiri və tədarükü, elmi tədqiqatların və araşdırmaların aparılması üzrə dövlət sifarişlərini və müqavilə öhdəliklərini yerinə yetirir, zəruri səfərbərlik qüvvələrini və ehtiyatlarını yaradır və hazırlıqda saxlayır, yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr və təşkilatlar hərbi-nəqliyyat vəzifəsini və səfərbərlik planlarında nəzərdə tutulan digər tapşırıqları yerinə yetirir, müdafiə ehtiyacları üçün qanunvericiliklə müəyyənləşdirilmiş xərcləri çəkirlər.
Maddə 10. Müəssisələrin, idarələrik və təşkilatların, yerli özünüidarəetmə orqanlarının müdafiə ehtiyaclarının təmin olunması sahəsində vəzifələri
Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver