Azərbaycan Respublikasının müdafiəsi Azərbaycan Respublikası vətəndaşının Konstitusiya hüququ və borcudur. Bu məqsədlə hərbi vəzifə müəyyən edilir və həmin vəzifənin həyata keçirilməməsi qanunvericiliyə müvafiq qaydada məsuliyyət doğurur.
Azərbaycan Respublikasının vətəndaşları qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi nəqliyyat vəzifəsini yerinə yetirirlər.