1. Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış əsərə (xidməti əsər) müəlliflik hüququ xidməti əsərin müəllifinə məxsusdur.
2. Xidməti əsərdən istifadəyə müstəsna hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmazsa, müəllifin əmək münasibətlərində olduğu şəxsə (işəgötürənə) məxsusdur.
Xidməti əsərdən hər hansı formada istifadə olunarkən (xidməti əsərin təkrar nəşri, başqa dilə tərcüməsi, yenidən işlənməsi və s.), xidməti əsər müəllifinin qonorar almaq hüququ vardır. Xidməti əsərdən istifadənin hər növünə görə müəllif qonorarının həcmi və ödənilməsi qaydaları işəgötürənlə müəllif arasındakı müqavilə ilə müəyyənləşdirilir.
3. Xidməti əsər işəgötürən (xidməti əsərin sifarişçisi) tərəfindən heç bir əsas olmadan 3 il müddətində istifadə olunmazsa, əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir. Bu müddət tərəflər arasında razılaşma yolu ilə azaldıla bilər.
4. İşəgötürənin xidməti əsərdən hər hansı şəkildə istifadə olunarkən öz adını göstərmək, yaxud göstərilməsini tələb etmək ixtiyarı vardır.
5. Bu maddənin müddəaları xidməti vəzifəsini və ya işəgötürənin xidməti tapşırığını yerinə yetirmək qaydasında yaradılmış kollektiv əsərlərə (bu Qanunun 10-cu maddəsi) şamil edilmir.
II fəsil
Müəllİflİk hüquqları