Qanunvericilik › Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Müəlliflik hüququnun yaranması. Müəlliflik prezumpsiyası

Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

2. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər hansı nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır:

dairəyə alınmış C latın hərfi — ©;

müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər);

əsərin ilk dəfə dərc edildiyi il.

3. Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır.

4. Kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər.

5. Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver