Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Borclunun aktivlərinin digər üsullarla satılması

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əmlak inzibatçısı aşağıdakı hallarda borclunun əmlakından olan aktivləri açıq hərrac yolu ilə deyil, başqa üsulla sata bilər:

a) aktivlərin dərhal satılmaması onların vəziyyətinin pisləşməsi üçün ciddi təhlükə yaratdıqda;

b) kreditorların yığıncağının əsaslı qənaətinə görə, aktivlərin dərhal satılmaması, onların bazar dəyərini xeyli azalda bildikdə;

c) hərrac yolu ilə satışın xərcləri kreditorların tələblərinə mütənasib olmadıqda;

ç) bu Qanunun VII fəslinə uyğun olaraq məhkəmə tərəfindən təsdiq edilmiş kreditorlarla sazişin şərtlərində bu cür satış nəzərdə tutulduqda;

d) kreditorların yığıncağının əsaslı qənaətinə görə, bu cür satış kreditorlar üçün daha sərfəli olduqda;

e) məhkəmə müvafiq qərarı ilə satışın üsulunu müəyyən etdikdə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver