1. Təyin olunmasından ən azı 14 gün sonra əmlak inzibatçısı hesabat hazırlayıb kreditorlara təqdim edir. Hesabatda müvafiq olaraq aşağıdakılar göstərilir:
a) borclu müəssisəyə aid halda:
borclunun sonuncu hesabat tarixinə olan maliyyə hesabatları;
kreditorların tələblərini ödəmək üçün mövcud pul vəsaitinin axını barəsində məlumat;
hesabların alınma maddələri üzrə bölgüsü və borclunun etibarsız aktivləri barəsində məlumat;
b) istər borclu müəssisəyə, istərsə də fərdi borcluya aid halda:
iflas prosesinə başlananadək kreditorlarla aparılmış hesablaşmalar haqqında məlumat.
2. Kreditorun (kreditorların) hesabatla bağlı və ya borclunun hesabatda göstərilməyən əmlakı, habelə əmlak inzibatçısının fəaliyyətinə dair hər hansı məsələ ilə bağlı əmlak inzibatçısına sorğu göndərmək hüququ vardır. Əmlak inzibatçısı sorğunun daxil olduğu müddətdən 3 iş günündən gec olmayaraq onu cavablandırmalıdır.