Qanunvericilik › Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 46

Maddə 46. Borc tələblərinin reyestri

Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Əmlak inzibatçısı kreditorların tələblərinin verilməsi üçün ayrılmış 60 günlük müddət qurtardıqdan sonra 7 gündən gec olmayaraq tələblərin reyestrini tərtib edir. Həmin reyestrdə vaxtında verilmiş hər bir tələb barəsində məlumatlar şərh edilməli və aşağıdakılar göstərilməlidir:

a) tələb tamamilə və ya qismən qəbul edilir, yaxud rədd edilir;

b) qəbul edilmiş tələbin məbləği;

c) tələbin növbəsi.

2. Əmlak inzibatçısı kreditorların tələblərinin reyestrini tərtib etdikdən sonra 3 gün müddətində məhkəmənin təsdiqinə verir. İşə 5 (beş) iş günü müddətində baxaraq, məhkəmə:

a) reyesteri təsdiq edə bilər və ya;

b) reyestrə lazım bildiyi dəyişikliklər və əlavələr edə bilər və bu qaydada dəyişdirilmiş reyestri təsdiq edə bilər və ya;

c) lazım bildiyi tədbirlərin görülməsi və dəyişdirilmiş reyestrin daha sonra təkrarən təqdim edilməsi barədə əmlak inzibatçısına göstəriş verə bilər.

2-1. Məhkəmə bu maddənin 2-ci hissəsinin “c” bəndində nəzərdə tutulan qərarı qəbul etdikdə əmlak inzibatçısı dəyişikliklər edilmiş borc tələblərinin reyestrini məhkəməyə 7 (yeddi) gün müddətində təqdim etməlidir.

3. Əmlak inzibatçısı reyestrin məhkəmə tərəfindən təsdiqindən sonra 3 gündən gec olmayaraq lazımi qaydada və bu Qanunun 43-cü maddəsində müəyyən edilmiş müddətdə tələb vermiş hər bir kreditora onun tələbinə baxılmanın nəticələri barəsində yazılı bildiriş göndərməlidir.

4. Hər bir kreditorun reyestrlə (və ya onun surəti ilə) tanış olmaq hüququ vardır.

5. Kreditor reyestrdə təsbit edilmiş öz tələblərinin həcmini, habelə digər kreditorların tələblərinin həcmini və hüquqi əsasını məhkəmə qaydasında mübahisələndirə bilər.

X fəsil

Təmİnatlı kredİtorlar və əmlak tələblərİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver