1. Kreditor etibarnamə üzrə öz nümayəndəsini hər hansı kreditorlar yığıncağında öz adından iştirak etməyə və səs verməyə vəkil edə bilər. Kreditorlar yığıncağında eyni tələblər üzrə kreditorlar qrupu formalaşdırıldıqda, hər bir qrupdan, bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq, üzv iştirak edir.
2. Bütün məlum kreditorlara azı 14 gün qabaqcadan yazılı bildiriş göndərilmək şərti ilə kreditorlar yığıncağı qanuni şəkildə aşağıdakılar tərəfindən çağırıla bilər:
a) əmlak inzibatçısı və ya müvəqqəti əmlak inzibatçısı;
b) borcun məbləğinin üçdə birindən az olmayan hissəsini təmsil edən kreditorlar;
c) məhkəmə;
ç) məhkəmənin müəyyən etdiyi başqa qaydada.
3. Bu Qanuna uyğun olaraq çağırılmış hər hansı kreditorlar yığıncağında bütün kreditorların tələblərinin ümumi məbləğinin azı 50 faizini təşkil edən kreditorlar iştirak etdikdə həmin yığıncaq səlahiyyətli sayılır.
4. Kreditorların yığıncağı borclu barəsində iflas prosesi ilə əlaqədar bu Qanuna və ya məhkəmənin bu Qanuna müvafiq surətdə çıxardığı qərara zidd gəlməyən və əmlak inzibatçısının öz vəzifələrinin yerinə yetirməsinə mane olmayan hər hansı qərar çıxarmaq hüququna malikdir.
5. Kreditorlar yığıncağında əmlak inzibatçısına etimadsızlıq göstərilməsi halı istisna olmaqla, hər hansı məsələyə dair qəbul olunmuş qərar yalnız aşağıdakılar onun lehinə səs verdikdə hüquqi cəhətdən etibarlı sayılır:
a) yığıncaqda iştirak edən və ya təmsil olunan kreditorların əksəriyyəti;
b) yığıncaqda iştirak edən və ya təmsil olunan kreditorların təmin edilməmiş bütün məlum borcların məbləğinin çox hissəsini təmsil edən əksəriyyəti.
c) sağlamlaşdırma planının qəbul edilməsi halında, bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsi ilə müəyyən edilmiş qaydada sadə səs çoxluğu.
6. Bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsində nəzərdə tutulan hal istisna olmaqla, əgər yığıncaqda iştirak edən və ödəmə qabiliyyəti olmayan borclunun yığıncaq iştirakçılarına olan borcunun məbləğinin 75 faizini və ya daha çox hissəsini təmsil edən bir və ya bir neçə kreditor hər hansı tədbirlərin görülməsi lehinə (əmlak inzibatçısına etimadsızlıq göstərilməsi istisna olmaqla) səs verirsə, onların qərarı kreditorların say çoxluğu tərəfindən müdafiə edilib-edilməməsindən asılı olmayaraq hüquqi cəhətdən etibarlı sayılır.
7. Kreditorlar yığıncağının məhkəmə tərəfindən təsdiq edilməli olan bütün qərarları yalnız məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minirlər.