QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1035

Maddə 1035. Veksel üzrə akseptdən və ya ödənişdən imtinaya protest verməkdən azad edilmə 1035.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Veksel verən, indossant və ya avalçı vekselə daxil edilmiş və imzalanmış qeyd-şərt vasitəsilə veksel saxlayanı akseptdən və ya ödənişdən imtinaya protest vermək öhdəliyindən azad edə bilər. 1035.2. Bu qeyd-şərt veksel saxlayanı köçürmə vekselini müəyyənləşdirilmiş müddətdə təqdim etmək və bildiriş göndərmək vəzifəsindən azad etmir. Müddətlərə riayət olunmadığını veksel saxlayanla mübahisədə bu hala istinad edən şəxs sübuta yetirməlidir. 1035.3. Əgər qeyd-şərti veksel verən daxil etmişdirsə, bu qeyd-şərtin vekseli imzalamış bütün şəxslər barəsində qüvvəsi vardır. Qeyd-şərti indossant və ya avalçı daxil etmişdirsə, həmin qeyd-şərtin onların özləri barəsində qüvvəsi vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver