Köçürmə vekselini vermiş, aksept etmiş, indossament etmiş və ya ona aval qoymuş bütün şəxslər veksel saxlayan qarşısında birgə borclular kimi məsuliyyət daşıyırlar. 1036.2. Veksel saxlayan bu şəxslərin ayrılıqda hər birinə və ya birlikdə hamısına qarşı onların ardıcıllığını gözləmədən iddia irəli sürmək hüququna malikdir. 1036.3. Köçürmə vekselini imzalamış hər kəs onu ödədikdən sonra eyni hüquqa malikdir. 1036.4. Əgər vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə protest icra sənədidir və ödəyicinin hesabındakı vəsaitin mübahisəsiz silinməsi üçün əsasdır. Ödəyənin hesabında vəsait olmadıqda protest verən ərizəçi veksel üzrə öhdəliklərin veksel üzrə borclunun əmlakına yönəldilməsini tələb etmək hüququna malikdir. 1036.5. Veksel üzrə ödəyicinin əmlakı hesabına vekselsaxlayanın tələblərinin ödənilməsi hüququ bu Məcəllənin 1036.4-cü maddəsində göstərilən hal istisna olmaqla, yalnız məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilir. Vekselin etibarsız sayıldığı hallar istisna olmaqla, məhkəmə veksel verilməsinə əsas olan müqavilə şərtlərindən asılı olmayaraq qanunvericiliyin tələblərinə uyğun qeydiyyatdan keçmiş və protest edilmiş veksel əsasında tezləşdirilmiş prosedur üzrə (yeddi iş günü ərzində) veksel saxlayanın xeyrinə qərar çıxarmalıdırlar.
Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1036
Maddə 1036. Veksel üzrə mükəlləfiyyətlilərin məsuliyyəti 1036.1
Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver