QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1048

Maddə 1048. Sadə veksel

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Rekvizitlər 1048.1. Sadə vekseldə aşağıdakılar göstərilməlidir: 1048.

1.1. mətnin özünə daxil edilmiş "veksel" adı; 1048.

1.2. müəyyən məbləği ödəmək barəsində sadə və heç nə ilə şərtləşdirilməmiş vəd; 1048.

1.3. bu Məcəllənin 1005.1.4-1005.1.9-cu maddələrində göstərilmiş rekvizitlər. 1048.2. Bu Məcəllənin 1048.1-ci maddəsində göstərilmiş rekvizitlərdən hər hansı birinin olmadığı sənədin sadə veksel qüvvəsi yoxdur. 1048.3. Sadə vekseli verən köçürmə vekselinin akseptantı ilə eyni əsaslar üzrə məsuliyyət daşıyır. 1048.4. Təqdim edildikdən sonra müəyyən müddətli sadə veksellər veksel verənə bu Məcəllənin 1014.4-cü maddəsində göstərilmiş müddətlər ərzində təqdim edilməlidir. Veksel verən vekselin təqdim edildiyini, günü göstərməklə və öz imzasını qoymaqla təsdiqləməlidir. Təqdim edildikdən sonra müəyyən müddətin axımı təqdim edilmə haqqında qeydin edildiyi gündən başlanır. 1048.5. Qalan məsələlərdə sadə veksellərə köçürmə vekselləri üçün qüvvədə olan müddəalar tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver