QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1048-1

Maddə 1048-1. Xəzinə vekseli 1048-1.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xəzinə vekseli dövlət büdcəsindən ödənilməli olan vəsaitlərin məbləğini təsbit edən və ya qısa müddətə şəxslərdən sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə buraxılmış sadə vekseldir. 1048-

1.2. Xəzinə vekseli aşağıdakı hallarda verilir: 1048-

1.2.1. büdcə təşkilatlarına nəzərdə tutulmuş vəsaitlərin ödənilməsi zamanı xəzinədarlığın sərəncamında kifayət qədər vəsait olmadıqda; 1048-

1.2.2. büdcənin cari ehtiyaclarmı təmin etmək məqsədilə vəsaitlərin cəlb edilməsi hallarında; 1048-

1.2.3. büdcənin mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara borcu olduqda (artıq ödənilmiş vergilər, geri qaytarılmalı olan məbləğlər və s.). 1048-

1.3. Xəzinə veskelinin ödəmə müddəti aşağıdakı kimi ola bilər: 1048-

1.3.1. tərtib olunduqdan sonra müəyyən vaxt ərzində; 1048-

1.3.2. müəyyən edilmiş bir gündə. 1048-

1.4. Xəzinə vekseli onun buraxıldığı büdcə ili ərzində ödənilməlidir. 1048-

1.5. Xəzinə vekselindən alınmış mallara görə, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə ödəniş vasitəsi kimi istifadə oluna bilər. 1048-

1.6. Xəzinə vekseli müvafiq qaydada uçot təşkilatında uçot edilə bilər. 1048-1.7 Xəzinə vekseli təkrar bazarda müvafiq qanunvericiliyə riayət etməklə satılıb-alına bilər. Bu əməliyyatların aparılması üçün vekselsaxlayan müəyyən edilmiş qaydada vekseli verdiyi şəxsin adına indossament vasitəsilə ötürməlidir. 1048-

1.8. Xəzinə vekseli hüquqi şəxslər tərəfindən büdcəyə olan vergi və ya digər borcları əvəzinə x Maddə 1048-1. Xəzinə vekseli … şəxsin adına indossament vasitəsilə ötürməlidir. 1048-

1.8. Xəzinə vekseli hüquqi şəxslər tərəfindən büdcəyə olan vergi və ya digər borcları əvəzinə xəzinədarlığa təqdim edilə bilər. 1048-

1.9. Xəzinə vekseli ödəmə vaxtı çatmazdan əvvəl xəzinədarlığa ödəniş üçün təqdim oluna bilməz. 1048-

1.10. Xəzinə vekseli ödəniş vaxtı çatdıqda ödəniş üçün onu buraxan xəzinədarlığa (ödəyiciyə) təqdim olunur və onun tərəfindən ödənilir. Xəzinədarlıq (ödəyici) xəzinə vekselini ödəməkdən imtina etdikdə, vekselsaxlayan qanunvericiliyə uyğun olaraq ödəmədən imtinanı rəsmi protest aktı ilə təsbit etdirməlidir. 1048-

1.11. Hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin büdcəyə cəlb edilməsi məqsədilə xəzinə vekseli diskont qiymətli kağızı kimi buraxılır və xəzinədarlıq tərəfindən nominal dəyərindən aşağı qiymətlə realizə olunur, ödənildikdə isə ödəyici tərəfindən vekselsaxlayana veksel məbləği tam ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver