QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 1048-2

Maddə 1048-2. Veksellərin uçotu 1048-2.1

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Veksellərin uçotu ödəniş vaxtı çatana qədər vekselsaxlayan tərəfindən vekselin uçot təşkilatına verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır. 1048-

2.2. Azərbaycan Respublikasında veksellərin uçotu, domisilyasiyası, inkassoya qəbul edilməsi, veksellərin ödənilməsi üzrə xidmətlərin göstərilməsi və veksellər üzrə digər əməliyyatlar yalnız Azərbaycan Respublikasının Mərkəzi Bank da qeydiyyatdan keçmiş uçot təşkilatları tərəfindən (kredit təşkilatları, veksel evləri və digər ixtisaslaşdırılmış maliyyə-investisiya müəssisələri) həyata keçirilə bilər. 1048-

2.3. Veksellərin yenidən uçotu vekselin uçotunu aparan bankdan uçota aldığı veksellərin, ödəniş tarixindən əvvəl Mərkəzi Bank tərəfindən vekselin məbləğini diskontla ödəməklə alınmasıdır. 1048-

2.4. Veksellərin uçotu və yenidən uçotu qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir. §5. İstiqraz

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver