QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 105-1

Maddə 105-1. Səhmdar cəmiyyətinin yerləşdirilmiş səhmlərinin geri alınması

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

105-

1.1. Səhmdar cəmiyyəti tərəfindən yerləşdirilmiş səhmlərin geri alınması bu Məcəllə və ya cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş hallarda səhmdarların tələbi ilə həyata keçirilir. 105-

1.2. Cəmiyyət nizamnamə kapitalının miqdarını və səhmlərin sayını azaltmaq məqsədi ilə, ümumi yığıncağın qərarı əsasında, əvvəl yerləşdirilmiş səhmlərinin bir hissəsini geri ala bilər. Bu zaman dövriyyədə qalan səhmlərin ümumi nominal dəyəri qanunvericiliklə nizamnamə kapitalı üçün müəyyən edilmiş məbləğin minimal həddindən aşağı olmamalıdır. 105-

1.3. Səhmlərin geri alınması səhm mülkiyyətçilərinin razılığı ilə, səhmlərin geri alınması fond birjası vasitəsi ilə həyata keçirildiyi hal istisna olunmaqla, ümumi yığıncaqda səhmin müəyyən olunmuş qiyməti ilə həyata keçirilir. 105-

1.4. Aşağıdakı hallarda cəmiyyətin səhmlərinin geri alınması qərarı qəbul edilə bilməz: 105-

1.4.1. cəmiyyətin nizamnamə kapitalı tam formalaşmadıqda; 105-

1.4.2. cəmiyyətin ləğvi barədə qərar qəbul edildikdə; 105-

1.4.3. səhmdarların tələbi əsasında onların səhmlərinin geri alınması başa çatmadıqda. 105-

1.5. Geri alınmış səhmlər səsvermə zamanı nəzərə alınmır və onlar üzrə dividendlər hesablanmır. Bu səhmlər geri satın alındığı tarixdən bir il müddətində ya özgəninkiləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə dövriyyədən çıxarılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver