QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 106

Maddə 106. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının buraxılması

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

106.1. Səhmdar cəmiyyətinin səhmlərinin, istiqrazlarının və digər növ qiymətli kağızlarının buraxılması, yerləşdirilməsi, dövriyyəsi və dövriyyədən çıxarılması bu Məcəlləyə, bu Məcəlləyə müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlara və cəmiyyətin nizamnaməsinə müvafiq olaraq həyata keçirilir.

106.2. Səhmdar cəmiyyətinin adi və imtiyazlı səhmlər buraxmaq hüququ vardır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının ümumi həcmində imtiyazlı səhmlərin payı iyirmi beş faizdən çox ola bilməz. İmtiyazlı səhm öz mülkiyyətçilərinə səhmdar cəmiyyətinin ləğvindən sonra qalan əmlak hissəsini almaqda başqa səhmdarlara nisbətən üstünlük hüququ və bu cür səhmlərin buraxılması şərtlərində nəzərdə tutulan digər hüquqları verir. Bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş hallar istisna olunmaqla, imtiyazlı səhmlər öz mülkiyyətçilərinə cəmiyyətin işlərinin idarə olunmasında iştirak etmək hüququ vermir.

106.3. Səhmdar cəmiyyətinin qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası bu Məcəllənin 1078-26-cı maddəsinə müvafiq olaraq həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver