QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 851

Maddə 851. Yük göndərən, yük alan və daşıyıcı

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.

851.2. Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver