QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 852

Maddə 852. Ekspeditor

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Nəqliyyat komisyonçusu

852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.

852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin və ya yük alanın hüquq və vəzifələrinə malikdir

852.3. Ekspeditor yük göndərənin tapşırıqlarına əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və tapşırıqlarına əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir.

852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

852.5. “ Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında ” Azərbaycan Respublikası Qanununun 18.1.10-cu maddəsində qeyd edilən hal istisna olmaqla, ekspeditor yük göndərənin tapşırıqlarından bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yeti Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu … əsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir.

852.6. Nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, “ Nəqliyyat haqqında ”, “ Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında ” Azərbaycan Respublikası qanunlarının və bu sahədə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver