QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 853

Maddə 853. Yük göndərənin zəruri məlumatları və sənədləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

853.1. Yük göndərən daşıyıcıya aşağıdakıları dəqiq göstərməlidir:

853.1.1. yük alanın ünvanı;

853.1.2. çatdırılma yeri;

853.1.3. yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi;

853.1.4. göndərmə müddəti və nəqliyyat növü;

853.1.5. qiymətli obyektlər olduqda - onların dəyəri;

853.1.6. habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri. 853.1-1. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.

853.2. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver