996.1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağız mülkiyyətçisinin adı və digər rekvizitləri mərkəzi depozitardakı yazıda əks olunmuş elektron sənəd formasında olan qiymətli kağızdır. Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara tətbiq edilmir.
996.2. Hüququ sənədsiz formada təsbit etmiş şəxs hüquq sahibinin tələbi ilə ona təsbit edilmiş hüququ təsdiqləyən sənəd verməlidir. 996.2-1. İpoteka kağızına mülkiyyət hüququnun yaranması, ipoteka kağızının dövlət qeydiyyatı, ipoteka kağızı üzrə hüquqların ötürülməsi (tədavülü) və ipoteka kağızına xitam verilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı yalnız elektron sənəd formasında tərtib olunur. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar bu Məcəllənin 1078-20.11-ci maddəsi ilə müəyyən edilmiş tələblərin elektron qaydada təmin edilməsi yolu ilə ötürülür.