QanunvericilikAzərbaycan Respublikasının Mülki Məcəlləsi › Maddə 997

Maddə 997. Qiymətli kağızların növləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

997.1. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir.

997.2. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır. Qiymətli kağızların buraxılışı emitentin qiymətli kağızların bir növünə aid olan və eyni dövlət qeydiyyat nömrəsi olan qiymətli kağızlarının toplusudur. İnvestisiya qiymətli kağızları sənədsiz olmaqla adlı formada buraxılır. İnvestisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

997.3. Veksellər ödəniş qiymətli kağızlarıdır.

997.4. Depozitar qəbzi baza aktivi (xarici emitentin qiymətli kağızı) üzrə hüquqları təsdiqləyən və mülkiyyətçisinə onu buraxmış emitentdən, həmin qəbzin baza aktivi olan xarici emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli kağızdır. Depozitar qəbzlərinin buraxılışı, onların dövlət qeydiyyatına alınması və tədavülü qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

997.5. İnvestisiya fond payı öz mülkiyyətçisinin paylı investisiya fondunda payına mülkiyyət hüquqlarını təsdiq edən, pay Maddə 997. Qiymətli kağızların növləri … findən müəyyən edilir.

997.5. İnvestisiya fond payı öz mülkiyyətçisinin paylı investisiya fondunda payına mülkiyyət hüquqlarını təsdiq edən, paylı investisiya fondu ləğv edildikdən sonra fondun aktivlərinin satışından payına müvafiq pul vəsaitlərini almaq hüququnu, habelə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər hüquqları verən sənədsiz adlı qiymətli kağızdır.

997.7. Bu Məcəllənin və qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarının pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.

997.8. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması nəticəsində vurulmuş ziyan bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver