255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər:
255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə;
255.0.2. tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda;
255.0.3. tərəf müalicə müəssisəsində olduqda;
255.0.4. bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda;
255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;
255.0.6. xarici dövlətlərin məhkəmələrinə məhkəmə tapşırığı göndərildikdə;
255.0.7. qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda;
255.0.8. arbitraj qərarının ləğv edilməsi üçün müraciət edilən məhkəmənin arbitraj məhkəməsinə arbitraj icraatını yenidən başlamaq və ya arbitraj məhkəməsinin mövqeyinə əsasən, arbitraj qərarının ləğv edilməsinə əsas olan halları aradan qaldıracaq digər hərəkətləri etmək imkanı verməyi məqsədəuyğun hesab etdiyi hallarda.