QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 256

Maddə 256. İcraatı dayandırma müddətləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

256.0. İş üzrə icraat aşağıdakı müddətdə dayandırılır:

256.0.1. bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək;

256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək;

256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər;

256.0.4. bu Məcəllənin 254.1.5-ci maddəsi ilə nəzərdə tutulan halda Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ərizəyə baxılanadək.

256.0.5. bu məcəllənin 254.1.6-cı maddəsi ilə nəzərdə tutulan halda məhkəmə müraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək;

256.0.6. bu Məcəllənin 254.1.7-ci maddəsində nəzərdə tutulan halda barışıq sazişi və ya mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver