415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.
415.2. İşdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri işə şifahi və ya yazılı qaydada baxılması, işə məhkəmə iclasında baxıldığı halda iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər.
415.3. Kassasiya instansiyasında işə məhkəmə iclasında baxıldıqda, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.