QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 415-1

Maddə 415-1. Kassasiya instansiyasında işə məhkəmə iclasında baxılması

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

415-

1.1. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin kassasiya şikayəti ilə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və vəkillərin səlahiyyətlərini yoxlayır. 415-

1.2. Məhkəmə tərkibi elan edilir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir. 415-

1.3. İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır. Əvvəl kassasiya şikayəti verən şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir. 415-

1.4. Sonra məhkəmə yerində müşavirə apararaq və ya müşavirə otağında səs çoxluğu ilə qərar qəbul edir. Azlıqda olan hakim xüsusi rəyini yazıb işə əlavə edə bilər. Qəbul edilən qərar sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver