QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 429

Maddə 429. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun hüququ vardır:

429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və ya şikayəti isə təmin etmədən saxlamaq;

429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək;

429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi kassasiya və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək;

429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə, yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək;

429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.

429.0.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver