QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 430

Maddə 430. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır.

430.2. Qərarda aşağıdakılar göstərilməlidir:

430.2.1. qərarı çıxarmış məhkəmənin adı;

430.2.2. qərarın çıxarılma vaxtı və yeri;

430.2.3. haqqında qərar çıxarılan iş;

430.2.4. şikayət verən şəxs;

430.2.5. təqdimat və ya protest verən şəxs;

430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;

430.2.7. çıxarılan qərarın əsaslandığı qanun;

430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.

430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Fəsil 44-1 Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver