483.1. Arbitraj qərarı məhkəmə tərəfindən aşağıdakı hallarda tam və ya qismən ləğv edilə bilər:
483.1.1. ərizəni verən tərəf aşağıdakı sübutları təqdim etdikdə:
483.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə bu barədə göstəriş olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə görə etibarsız olması barədə;
483.1.1.2. ərizəni verən tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə;
483.1.1.3. qərarın arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması, yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişini və ya iddia tələbini əhatə edən məsələlər üzrə qərarlar həmin sazişin və ya iddia tələbinin əhatə etmədiyi məsələlər üzrə qərarlardan ayrıla bilərsə, yalnız arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarları ehtiva edən hissələr ləğv edilə bilər);
483.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda, “ Arbitraj haqqında ” Azərbayc Maddə ….4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda, “ Arbitraj haqqında ” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması barədə;
483.1.2. məhkəmə aşağıdakıları müəyyən etdikdə:
483.1.2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini;
483.1.2.2. arbitraj qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu.