484.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən 30 (otuz) gün ərzində bu fəsil ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş birinci instansiya məhkəməsi tərəfindən işə baxılması qaydalarına uyğun olaraq baxılır.
484.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan ləğv edilməsi barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.
484.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməmələri işə baxılmasına mane olmur.
484.4. Məhkəmə işə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir. Arbitraj qərarının ləğvi haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.
484.5. İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin qərarının tam və ya qismən ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır.
484.6. Arbitraj qərarı ləğv edildikdə, arbitraj icraatının tərəfləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmamışdırsa və arbitraj sazişinin etibarsı Maddə … Arbitraj qərarı ləğv edildikdə, arbitraj icraatının tərəfləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmamışdırsa və arbitraj sazişinin etibarsızlığı arbitraj qərarını ləğv edən qərar ilə müəyyən edilməmişdirsə, arbitraj sazişi qüvvədə qalır. Bu halda arbitraj icraatının tərəfləri müvafiq mübahisənin həll olunması üçün yenidən arbitraj məhkəməsinə müraciət edə bilərlər.
484.7. Arbitraj məhkəməsinin qərarının ləğv edilməsi və ya ləğv edilməsindən imtina barədə məhkəmə qərarlarından bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı qətidir.