QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 492

Maddə 492. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından imtina edilməsi üçün

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

əsaslar

492.1. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınmasından və ya icrasından aşağıdakı hallarda imtina edilə bilər:

492.1.1. əleyhinə belə qərar çıxarılmış tərəfin müraciəti ilə məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:

492.1.1.1. bu Məcəllənin 476.1.1.1 – 476.1.1.4-cü maddələrində qeyd olunan əsaslardan birinin mövcudluğunu (bu Məcəllənin 476.1.1.2-ci maddəsinə münasibətdə “ Arbitraj haqqında ” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsində göstərilən hal istisna olmaqla);

492.1.1.2. müvəqqəti təminat tədbirləri ilə bağlı təminatın verilməsi barədə arbitraj məhkəməsinin qərarının icra olunmadığını;

492.1.1.3. arbitraj məhkəməsi tərəfindən və ya müvafiq səlahiyyətin olduğu təqdirdə ərazisində arbitrajın keçirildiyi, yaxud qanunvericiliyi əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunduğu dövlətin məhkəməsi tərəfindən müvəqqəti təminat tədbirlərinin ləğv olunduğunu və ya icrasının dayandırıldığını;

492.1.2. məhkəmə aşağıdakı hallardan birini müəyyən etdikdə:

492.1.2.1. məhkəmənin öz səlahiyyətlərinə və tədbirin icrasının məqsədlərinə uyğunlaşdırmaq üçün müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən həmin tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;

492.1.2.2. bu Məcəllənin 47 Maddə … n tədbirdə dəyişiklik edə bildiyi hallar istisna olmaqla, təminat tədbirinin məhkəmənin səlahiyyətlərinə uyğun olmadığını;

492.1.2.2. bu Məcəllənin 476.1.2.1-ci və 476.1.2.2-ci maddələrində qeyd olunan əsaslardan hər hansı birinin müvəqqəti təminat tədbirinin tanınmasına və icrasına tətbiq olunduğunu.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver