QanunvericilikAzərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi › Maddə 493

Maddə 493. Ərizəyə baxılma qaydası və nəticələri

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

493.1. Ərizəyə onun məhkəməyə daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq baxılır.

493.2. İşə baxan məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə prosesin hazırlıq mərhələsində tərəflərdən və ya tərəflərə iş materiallarının təqdim edilmədiyi hallarda daimi arbitraj təşkilatından və ya arbitraj işinin materiallarını saxlamaq səlahiyyəti olan qurumdan tanınması və icrası barədə ərizə verilmiş arbitraj qərarına aid iş materiallarını tələb edə bilər.

493.3. Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj qərarının tanınması və icrasına dair qərarın qəbul edilməsi barədə əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə biləcəyi hallar istisna olmaqla, məhkəmə müvəqqəti təminat tədbirlərinin yönələcəyi tərəfə arbitraj qərarının tanınması və icrasına dair qərar qəbul edilməmişdən əvvəl xəbər verməlidir.

493.4. Arbitraj icraatının tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməmələri işə baxılmasına mane olmur.

493.5. Məhkəmə ərizəyə baxarkən irəli sürülən tələb və etirazların əsaslandırıldığı sübutları araşdıraraq arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrasından imtina edilməsi üçün əsasların olub-olmadığını müəyyən edir.

493.6. Tanınma və ya icra haqqında ərizəyə baxan məhkəmə qərar qəbul edərkən müvəqqəti təminat tədbirlərinin mahiyyətini araşdırmam Maddə … ğını müəyyən edir.

493.6. Tanınma və ya icra haqqında ərizəyə baxan məhkəmə qərar qəbul edərkən müvəqqəti təminat tədbirlərinin mahiyyətini araşdırmamalıdır.

493.7. İşə baxılma nəticəsində məhkəmə arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası və ya tanınma və icradan imtina edilməsi barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərar qəbul edən məhkəmə müvəqqəti təminat tədbirinin mahiyyətini dəyişdirmədən müvəqqəti təminat tədbirlərini öz səlahiyyətlərinə və tədbirin icrasının məqsədlərinə uyğunlaşdıra bilər.

493.8. Məhkəmə işə onun iştirakı olmadan baxılmış arbitraj icraatının tərəfinə qəbul edilmiş qərar barədə dərhal xəbər verir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver