Muzey fondlarının əsas uçot sənədləri uçot - mühafizə kitabları və kataloqdur.
Muzey fondlarının uçot - mühafizə kitabları muzey fondlarına daxil olan hər bir muzey əşyası və kolleksiyası haqqında əsas məlumatı əks etdirən sənəddir.
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tərtib edilən “Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı” və “Mədəniyyət sərvətlərinin mühafizə siyahısı” muzey fondlarının kataloqu hesab edilir.
Muzey fondlarının əsas uçot sənədləri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.