Qanunvericilik › Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının dövriyyəsi

Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət muzey fondlarına daxil olan muzey əşyaları və kolleksiyaları müəyyən olunmuş qaydada bir hüquqi şəxsdən digərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə keçə bilər.

Mədəni sərvətlərin muzey fondlarına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı nəzdində yaradılmış ekspert komissiyaları, muzeylərdə isə (xüsusi mülkiyyətdə olan muzeylərdən başqa) fond - satınalma komissiyası tərəfindən həyata keçirilir.

Muzey fondlarından muzey əşyalarının və kolleksiyalarının dövlətlər arasında mədəni mübadilə və yaxud müvəqqəti istifadə olunma məqsədi ilə verilməsi müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi əsasında həyata keçirilir.

Muzey fondlarına daxil olan əşyaların və kolleksiyaların dövriyyə məqsədi ilə verildiyi təşkilatlar əşyaların və kolleksiyaların mühafizəsini, bununla bağlı uçot və qeydiyyatın aparılmasını təmin etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver