17.0. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları narkoloji xəstələrin cəmiyyətə qovuşmasına yönəlmiş aşağıdakı tədbirləri həyata keçirirlər:
17.0.1. narkoloji xəstəliklə əlaqədar könüllü müalicə olunan şəxslərin müxtəlif peşələrə yiyələnməsini təmin edir və onların işlə təmin edilməsi üçün müəyyən yerlər ayırır;
17.0.2. yaşayış yeri olmayan narkoloji xəstələri müvəqqəti sığınacaq yerləri ilə təmin edir;
17.0.3. narkoloji xəstələrin və onların ailə üzvlərinin qarşılıqlı yardım qruplarını təşkil edir;
17.0.4. narkoloji xəstələrə və onların ailə üzvlərinə hüquqi və ya digər yardım göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətini əlaqələndirir.