18.0. Narkoloji nəzarətin məqsədlərinin təmin edilməsi üçün həyata keçirilən inzibati tədbirlər aşağıdakılardan ibarətdir:
18.0.1. insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin aşkar edilməsi və onların qeydiyyatının aparılması;
18.0.2. narkoloji xəstələrin qeydiyyatının aparılması;
18.0.3. narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi və onların qeydiyyatının aparılması;
18.0.4. sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin təyin və onun aparılmasının təmin edilməsi;
18.0.5. sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinənin aparılması;
18.0.6. insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə etməklə öz ailə üzvlərinin maddi vəziyyətini pisləşdirən, onlara qayğı göstərməyən, uşaqları ilə amansız rəftar edən, onların tərbiyəsinə mənfi təsir göstərən, habelə ətraflarındakı insanların hüquqlarını pozan narkoloji xəstələrin aşkar edilməsi;
18.0.7. narkoloji xəstələr tərəfindən hüquq pozuntuların törədilməsinin qarşısının alınması;
18.0.8. barəsində məcburi müalicə tətbiq edilmiş şəxslərə dair məlumatların verilməsi;
18.0.9. insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə bağlı nəticələrin (hüquq pozuntularının törədilməsi, intihar etmə, əlillik, xəsarət alma, zəhərlənmə, somatik və yoluxucu xəstəliklərə düçar olma hallarının və s.) qeydiyyatının aparılması;
18.0.10. məcburi müalicənin həyata keçirilməsinin təmin edilməsi.