Qanunvericilik › Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankının yaradılması

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.1. Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə, onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair ümummilli məlumat bankı yaradılır və bununla bağlı məlumatlar daxil edilir.

8.2. Ümummilli məlumat bankı dörd bölmədən ibarətdir:

8.2.1. narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

8.2.2. narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və onların prekursorlarının qanunsuz idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına dair, habelə belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi;

8.2.3. narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi;

8.2.4. qanunsuz dövriyyədən aşkar olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının mənbəyinə dair məlumat bölməsi.

8.3. Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin qeydiyyatını aparan narkoloji - tibb müəssisəsi həmin şəxslər, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən digər şəxslər barəsində yalnız kəmiyyət göstəricilərini əks etdirən məlumatları ümummilli məlumat bankına daxil edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver