1. Əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, yükün, sərnişinin, baqajın və poçtun daşınmasına görə haqq müqavilə ilə (sazişlə, kontraktla) müəyyən edilir.
2. Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsini təmin etmək, yaxud nəqliyyat sahəsində inhisar fəaliyyətini məhdudlaşdırmaq və haqsız rəqabətin qarşısını almaq üçün nəqliyyat xidmətlərinin ayrı-ayrı növlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənən (vahid) tariflər tətbiq edilə bilər.
3. Müştərinin tələbi ilə yerinə yetirilən və mövcud tariflərdə nəzərdə tutulmamış iş və xidmətlərin haqqı onunla daşıyıcı arasında əldə olunan razılıq əsasında ödənilir.
4. Daşıma haqqının ödənilməsi ilə bağlı mübahisələr qanunvericiliyə və daşıma müqaviləsinə uyğun olaraq tənzimlənir.