1. Dəmir yol, dəniz, daxili su, hava və avtomobil nəqliyyatı birbaşa qarışıq daşımalar sistemini təşkil edir.
2. Yüklərin, sərnişinlərin, baqajın və poçtun vahid nəqliyyat sənədi üzrə müxtəlif nəqliyyat növləri ilə daşınması (birbaşa qarışıq daşımalar) zamanı nəqliyyat müəssisələrinin qarşılıqlı münasibətləri, həmçinin bu daşımaların təşkili qaydası müvafiq nəqliyyat növləri müəssisələri arasında qanunvericiliyə uyğun olaraq bağlanmış birbaşa qarışıq daşımalar haqqında sazişlərlə müəyyən olunur.