1. Daşıyıcıya qarşı daşımadan törəyən iddianın məhkəməyə verilməsindən əvvəl, qanunvericilikdə ayrı-ayrı nəqliyyat növləri üzrə məcəllələrdə, nizamnamələrdə, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və müddətdə həmin daşıyıcıya tələb təqdim oluna bilər.
2. Daşıyıcı təqdim olunan tələbə müəyyən edilmiş müddətdə baxıb, onun tamamilə və ya qismən təmin edilməsi və ya rədd edilməsi barədə tələbkara xəbər verməlidir.
3. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə pretenziya və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.