Qanunvericilik › Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. Nəqliyyatda yüklərin və obyektlərin mühafizəsi

Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Yüklərin və nəqliyyat obyektlərinin mühafizəsi, həmçinin dəmiryolu, dəniz, boru kəməri və hava nəqliyyatında yanğına qarşı profilaktik tədbirlərin (işlərin) keçirilməsi və yanğınların nəticələrinin ləğv edilməsi müəyyən edilmiş qaydada nəqliyyat müəssisəsi və xüsusi hərbiləşdirilmiş mühafizə xidmətləri tərəfindən həyata keçirilir.

Hərbiləşdirilmiş mühafizə xidmətinin əməkdaşları qanunvericilikdə müəyyən edilmiş qaydada odlu silah və xüsusi vasitələrlə təmin olunurlar.

Silahın və xüsusi vasitələrin tətbiq edilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

2. Mühüm nəqliyyat obyektlərinin və xüsusi yüklərin mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və siyahı üzrə həyata keçirilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli və qiymətli yüklərin yol boyu mühafizəsini və müşayiətini yükgöndərənlər (yükalanlar) təmin edirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver