1. Nəqliyyatda iqtisadi münasibətlərin əsasını nəqliyyat xidmətlərinə tələb və təkliflər bazarı formalaşdırır.
2. Nəqliyyat müəssisələri və daşıyıcılar öz fəaliyyətlərini kommersiya və təsərrüfat prinsipləri əsasında həyata keçirirlər.
3. Nəqliyyat müəssisələri və daşıyıcılar nəqliyyat xidmətlərini və digər xidmətləri qanunvericiliyə uyğun bağlanmış müqavilələr əsasında həyata keçirirlər.
5. Vağzalların, stansiyaların, metropolitenin, tramvayın, hava və dəniz limanlarının, körpülərin, piyada körpülərinin və tunellərin sərnişin platformalarının və əhaliyə nəqliyyat xidməti üzrə digər obyektlərin tikintisi dövlət büdcəsinin və yerli büdcələrin nəqliyyat müəssisələrini və başqa müəssisələrin vəsaitləri, həmçinin hüquqi və fiziki şəxslərin könüllü ianələri hesabına həyata keçirilir.
6. Xarici nəqliyyat müəssisələri tərəfindən Azərbaycan Respublikasının ərazisində tranzit daşımalarının həyata keçirilməsinə görə habelə su, avtomobil və dəmir yollarından, dövlət limanlarından, hava məkanında uçuşların idarə edilməsi və aeronaviqasiya xidmətlərindən istifadə edilməsinə görə Azərbaycan Respublikasının normativ-hüquqi aktları və beynəlxalq müqavilələri ilə müəyyən edilmiş qaydada və məbləğdə haqq alınır.