75.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə qüvvədə olan normativ hüquqi aktlarda onları qəbul etmiş orqan tərəfindən müvafiq dəyişikliklər edilir.
75.3. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarında dəyişiklik edilən zaman dəyişikliyi nəzərdə tutan normativ hüquqi aktın mətnində mötərizədə, dəyişiklik edilən normativ hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilir. Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə dəyişiklik edilən hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.