76.1. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir.
76.2. Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir.
76.4. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ləğv edilən zaman onların ləğv edilməsinə dair normativ hüquqi aktın mətnində mötərizədə ləğv edilən normativ hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri ardıcıllıqla göstərilməklə verilir. Hər 10 ildən bir Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının mətnində mötərizədə ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri əks etdirən topluların (külliyyatların) illəri, nömrələri (kitabları) və maddələri onlara növbəti dəyişiklik edilərkən birləşdirilərək Cild kimi qeyd edilir.
76.5. Bu Konstitusiya Qanununun 76.4-cü maddəsinə uyğun olaraq ləğv edilən normativ hüquqi aktla yanaşı onun ləğv edilməsinə dair normativ hüquqi aktın mətnində göstərilən toplulara (külliyyatlara) uyğun olaraq ona əvvəllər edilmiş dəyişiklikləri nəzərdə tutan normativ hüquqi akt və ya onun müvafiq struktur elementi də ləğv edilmiş hesab edilir. Bu qayda bir neçə normativ hüquqi akta dəyişikliyi nəzərdə tutan normativ hüquqi aktlara münasibətdə də tətbiq edilir. Bu zaman onların adında və mətnində həmin dəyişikliyə dair müddəalar ləğv edilmiş hesab edilir.