Xüsusi notarius şəhadətnamə aldıqdan sonra fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aşağıdakı məzmunda and içir:
“Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, dövlət tərəfindən mənə verilən hüquqları və üzərimə qoyulan vəzifələri vicdanla, qanunauyğun və insanların mənafeyi naminə, qərəzsiz həyata keçirəcəyimə, notariat sirrini qoruyacağıma and içirəm”.
Andiçmə bir dəfə olur. Andın xüsusi notarius tərəfindən imzalanmış mətni onun şəxsi işində saxlanılır.