Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Dövlət notariusu

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət notariusu vəzifəsinə şəhadətnamə almış şəxslər arasından Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təyin edir.

Dövlət notariusunun həvəsləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və vəzifədən azad edilməsi məsələlərini “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həll edir.

Dövlət notariusu vəzifəsi vakant olduqda, həmin vəzifənin icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verən digər ədliyyə işçisinə 18 ay müddətinə həvalə edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver