Qanunvericilik › Notariat haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 23

Maddə 23. Xüsusi notariusların zəmanət kassaları

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə zəmanət kassası yaradılır. Zəmanət kassası xüsusi bank hesabından ibarətdir. Bu hesabın vəsaiti hər bir xüsusi notariusun həmin hesaba aybaay keçirdiyi aylıq gəlirinin 1 faizini təşkil edir.

Hər hansı xüsusi notarius tərəfindən ziyan qəsddən vurulmamış olduqda və vurulmuş ziyanın ödənilməsi üçün bu Qanunun 22-ci maddəsinə əsasən müəyyən edilmiş sığorta məbləği kifayət etmədikdə məhkəmə qərarına əsasən zəmanət kassasının vəsaitindən istifadə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver