Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Ov obyektinə aid edilən vəhşi heyvanların sayının dövlət uçotu və ovlama norması (sayı)

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1.Azərbaycan Respublikasının ərazisində təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan ov obyektinə aid edilən vəhşi heyvanların mühafizəsini, artırılmasını və səmərəli istifadəsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların sayının dövlət uçotu aparılır.

11.2.Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin siyahısı, onların ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11.3.Əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması qaydası və limitləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver