2.1. Ovçuluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, "Heyvanlar aləmi haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların yaşayış mühitinin mühafizəsi və istifadəsi ilə əlaqədar meydana çıxan su, torpaq, meşə, mülkiyyət, təbiəti mühafizə və digər münasibətlər bu Qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
2.3. Su hövzələrində balıq və digər su bioresurslarının ovu “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.