Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 26

Maddə 26. Ovçuluq təsərrüfatlarının stimullaşdırılması və maliyyələşdirilməsi

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

26.1. Ov obyektinə aid edilmiş vəhşi heyvanların yetişdirilməsi ilə məşğul olan ovçuluq təsərrüfatlarının fəaliyyəti dövlət tərəfindən stimullaşdırılır.

26.2. Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsi, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver