Qanunvericilik › Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. Ovçuluq təsərrüfatlarından istifadə

Ovçuluq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Ovçuluq təsərrüfatlarından Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş tələblərə əməl etmək şərtilə aşağıdakı məqsədlərlə istifadə edilə bilər:

25.1.1.təbiəti mühafizə;

25.1.2.ovçuluq;

25.1.3.elmi tədqiqat;

25.1.4.vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanması, yetişdirilməsi və artırılması məqsədilə tutulması;

25.1.5.sağlamlaşdırma;

25.1.6.təlim-tərbiyə;

25.1.7. ekoloji maarifləndirmə, turizm və rekreasiya.

25.2.Ovçuluq təsərrüfatlarında onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan şərtlərlə başqa fəaliyyət növləri həyata keçirilə bilər.

25.3. Ovçuluq təsərrüfatlarından hüquqi və fiziki şəxslər mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat fəaliyyəti məqsədləri ilə istifadəni müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirirlər.

25.4. Ovçuluq təsərrüfatlarından (fərdi ovçuluq təsərrüfatları istisna olmaqla) istifadəyə görə ödənişlər dövlət büdcəsinə köçürülür.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver