9.1. Ovçular cəmiyyətləri ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada iştirak edirlər.
9.2. Ovçular cəmiyyətləri aşağıdakı hüquqlara malikdir:
9.2.1.ovçuluq sahəsində dövlət proqramlarının, ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemlərinin hazırlanmasında iştirak etmək;
9.2.2.ovçuluq sahəsində normativ hüquqi aktların qəbul edilməsinə və ovçuluq təsərrüfatlarında vəhşi heyvanlardan istifadə limitlərinə dair təkliflər vermək;
9.2.3.respublika və ya yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının təşkili və ləğv edilməsi barədə təkliflər vermək;
9.2.4.ovçuluq təsərrüfatlarında ovçuluğu təşkil etmək;
9.2.5.ovçuları cəmiyyətə üzv qəbul etmək və üzv olması barədə onlara üzvlük bileti vermək;
9.2.6.hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək;
9.2.7.qanunvericiliklə müəyyən edilmiş qaydada ov silahı, atıcılıq sursatı, ovçuluq-balıqçılıq ləvazimatı, idman inventarı və digər ovçuluq əşyalarının satışını təşkil etmək;
9.2.8.həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək;
9.2.9.Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara.
9.3. Ovçular cəmiyyətlərinin vəzifələri aşağıdakılardır:
9.3.1.ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş qaydalara əməl etmək;
9.3.2.vəhşi heyvanların sayca artması və ov obyektinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması üçün şərait yaradılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşmasına yönəldilən tədbirlər həyata keçirmək;
9.3.3.ovçuluq təsərrüfatlarında vəhşi heyvanların ayrı-ayrı növlərinin sayının və istifadəsinin ilkin uçotunun aparılmasını təşkil etmək və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;
9.3.4.ovçuları müəyyən edilmiş normativ əsasında ov silahı üçün sursat ilə təmin etmək;
9.3.5.təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək;
9.3.6.ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün öz səlahiyyətləri daxilində tədbirlər görmək;
9.3.7.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.